"Report" diplomatik mənbələrə istinadən xəbər verir ki, iranlı rəsmilər aprelin 26-dan 28-dək Bakıda keçiriləcək "Nəqliyyat, Tranzit və Loqistika" 16-cı Xəzər Beynəlxalq Sərgisində, 7-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat Sərgisində və 4-cü Xəzər Beynəlxalq Qayıqlar və Yaxtalar Sərgisində iştirak edəcək.

Nazir müavinləri sərgilərdə iştirak etməkdən əlavə, Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcəklər.