Çində “SOCAR GPC” layihəsi üzrə xidmət müqaviləsi imzalandı - FOTO

Çində “SOCAR GPC” layihəsi üzrə xidmət müqaviləsi imzalandı - FOTO

Bu gün Pekində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Çin Milli Neft Korporasiyası (CNPC) və "Technip” şirkətləri arasında Bakı şəhərinin Qaradağ rayonunda qaz emalı və polimer istehsalı zavodunun inşasını nəzərdə tutan "SOCAR GPC” layihəsinə dair "Qaz Emalı Zavodu və Polietilen Neft-Kimya Kompleksi ilə əlaqədar İlkin Detallı Layihələndirmə” üzrə xidmət müqaviləsi imzalanıb.

"Report”un məlumatına görə, imzalanma dünən işə başlayan "Bir kəmər - bir yol” beynəlxalq forumu çərçivəsində baş tutub.
Bu müqavilə "SOCAR GPC” layihəsi üçün İlkin Detallı Layihələndirmə işlərinin icrası istiqamətində HQC (CNPC şirkətinin törəməsi) və "Technip Italy” şirkətlərinin göstərəcəyi xidmətləri tənzimləyəcək. Müqavilənin imzalanma mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev və CNPC-nin sədri Vanq Yilin iştirak ediblər.

 


Xəbər 409 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR