İlk təhlükəsiz smartfon təqdim edildi

İlk təhlükəsiz smartfon təqdim edildi

Bu günlərdə "Aermoo" şirkəti dünyada ilk çərçivəsiz smartfonunu təqdim edib

 Bu aparatın əsas özəlliyi təhlükəsiz korpusla təchiz edilməsidir.

Aktual.az  ICTnews-a istinadən bildirir ki, bir qayda olaraq, təhlükəsiz smartfonlar böyük ölçü, qalınlıq və görkəmsiz dizayna malik olurlar. İstehsalçının sözlərinə görə, "Aermoo F1" smartfonu özündə ən proqressiv ideya və texnologiyaları birləşdirərək analoqlarından fərqlənəcək.

"F1" smartfonunun ön panelində mexaniki düymələr olmayacaq və  smartfonun ön paneli displeydən ibarət olacaq. Məlumata görə, "Lamborghini" şirkətinin dizaynerləri yeni qurğunun dizaynının hazırlanmasında iştirak ediblər.
 
"Aermoo F1" smartfonu "IP68" standartına uyğun su və toza qarşı davamlıdır, 6 QB əməli yaddaş və səkkiznüvəli "Snapdragon 835" prosessoru ilə təchiz edilib.
 
Aktual.az
Xəbər 385 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR