İlham Əliyev Gürcüstanın baş naziri ilə görüşüb

İlham Əliyev Gürcüstanın baş naziri ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev Davosda Gürcüstan baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

Aktual.az xəbər verir ki, APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan baş nazirinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə iki ölkə arasındakı mehriban qonşuluq münasibətləri və strateji tərəfdaşlıq məsələləri müzakirə olunub.

Söhbət zamanı Gürcüstanla Azərbaycan arasında siyasi, iqtisadi və enerji siyasəti sahəsində əməkdaşlığın yüksək səviyyədə inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Xəbər 434 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR