Hindistanda irimiqyaslı hərbi dəniz təlimlərinə start verildi

Hindistanda irimiqyaslı hərbi dəniz təlimlərinə start verildi

Hindistanda hərbi dəniz təlimlərinə start verilib.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Andaman və Nikobar adalarında keçirilən "Milan-2018" irimiqyaslı təlimlərində təqribən 30 gəmi iştirak edəcək.
"Times of India" qəzeti yazır ki, təlimlər martın 13-dək davam edəcək. Gəmilərin 17-si Hindistan Hərbi Dəniz Qüvvələrinə, 11-i isə digər dövlətlərə - Avstraliya, Banqladeş, İndoneziya, Malayziya, Myanma, Sinqapur, Şri Lanka və Tailanda məxsusdur.
Təlimlərdə məqsəd dəniz məkanında qanunsuz fəaliyyətin qarşısını alınması sahəsində əməkdaşlığın genişləndirilməsidir.
Xəbər 574 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR