Həmsədrlərlə AŞPA həmməruzəçilərinin görüşü təxirə salınıb

Həmsədrlərlə AŞPA həmməruzəçilərinin görüşü təxirə salınıb

ATƏT-in Minsk qrupu həmsədrləri ilə AŞPA Monitorinq komitəsinin Azərbaycan və Ermənistan üzrə həmməruzəçilərinin görüşü təxirə salınıb.

APA-nın əldə etdiyi məlumata görə, görüş noyabrın 16-da Parisdə keçirilməli idi. Lakin həmsədrlərin həmin gün həmsədrlərin Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüş planlaşdırıldığından Paris görüşü təxirə salınıb.
Qeyd edək ki, görüşün keçirilməsinə dair qərar AŞPA Monitorinq Komitəsinin Avropa Şurası ölkələri arasında münaqişələrə dair alt komitənin oktyabrın 10-da keçirilmiş iclasında verilmişdi. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak etməli idi.
 
Aktual.az
Xəbər 27 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR