Həbsxanada daha bir məhbus öldü

Həbsxanada daha bir məhbus öldü

Azərbaycanda daha bir məhbus ölümü baş verib.

Aktual.az  APA-ya istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan, Zaqatala rayon sakini, 1966-cı il təvəllüdlü Nəbiyev Eduard Hikmət oğlu vəfat edib. 
APA-nın əldə etdiyi məlumata görə, E. Nəbiyev sonuncu dəfə 2013-cü ildə Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının "Xaşxaş - 2013" şərti adı altında həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində tutulub. 

E. Nəbiyev əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə iki dəfə olmaqla 7 il 5 ay, törətdiyi digər cinayət hadisələrinə görə ayrı-ayrı vaxtlarda 15 il 7 ay, ümumilikdə isə 26 il məhkumluq həyatı yaşayıb.
 
Aktual.az
Xəbər 602 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR