Hacı Nuran: "Əl-qolumu bağlayın, məni buraxmayın heç yerə"

Hacı Nuran:

Aparıcı Hacı Nuran “Yeri gəlmişkən” verilişində qonaq olub. Gecce.az xəbər verir ki, aparıcı müalicəsini davam etdirmək istəmir:

“ Neçə müddətdir xərçəng xəstəliyindən müalicə alırdım.Məni Bakıya gəlməyə qoymurdular. Özümə qapandım və özümü daha da pis hiss edirdim. Deyirdim ki Bakıya qayıtmasam müalicə davam edə bilməz. Həftə sonu qayıtmalı idim. Amma bu gün həkimə zəng vurub dedim ki, mən gəlmirəm. Orda da artıq təşvişə düşüblər, 100 dəfə zəng vurublar. Telefonumu da söndürmüşəm. Mən qayıtmaq istəmirəm. Onlar da deyir ki olmaz gəlməlisən. Çünki bu ay əməliyyat olmalıyam. Sümük iliyinin tranplantasıyası olunacaq. Çox bahalı və ağır müalicədi. Bu dəfə edilən kimyaterapiya əvvəlkindən 10 dəfə daha ağır idi. Artıq dözə bilmirdim. Artıq çox yorulmuşdum. Mən öz sağlamlağıma fikir verən olmuşam. Bir aydan bir qan analizi verirdim həmişə də deyirdilər ki, səndə heç nə yoxdu. Çünki mən siqaret çəkməmişəm, içki içməmişəm, narkotiklərdən həmişə uzaq olmuşam. Mən indiyənə qədər çəkilmiş təzə şirələr , bitki çayları içirəm. Hətta həkimlər mənə dedi ki, sən belə həyat sürməsəydin daha da pis olardı. Xahiş edirəm mənim əl qolumu bağlayın, məni buraxmayın heç yerə”.

// Aktual.az

Xəbər 9040 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR