Göygöldə yaralanan şagird öldü - YENİLƏNİB

Göygöldə yaralanan şagird öldü - YENİLƏNİB

Göygöl rayonunda orta məktəbdə baş vermiş insidentlə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Aktual.azOxu.Az-a istinadən xəbər veri ki,, sentyabrın 18-də saat 12 radələrində Göygöl rayonunun Çaykənd kənd orta məktəbinin 9-cu sinif şagirdi, 2001-ci il təvəllüdlü Eldənizli

Xanəli Niyazi oğlunun məktəbin futbol meydançasında 125 mm-lik dəmir borulardan düzəldilmiş qapının dirəyindən sallaşan zaman əlləri sürüşərək yerə yıxılması və dəmir dirəyin üzərinə düşməsi nəticəsində bədən xəsarətləri

alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilməsi və orada vəfat etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Ölümün və hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə müvafiq ekspertizalar təyin edilməklə digər zəruri istintaq hərəkətləri yerinə yetirilir.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

15:06

Göygöl rayonunda məktəbli bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Aktual.azOxu.Az-aistinadən xəbər verir ki, hadisə rayonun Çaykənd kəndində baş verib.

Kənd sakini, 2001-ci il təvəllüdlü Eldənizli Xanəli Niyazi oğlu məktəb stadionunda futbol oynayarkən meydançada olan qapının dəmir borusu onun üzərinə düşüb. 

Müxtəlif bədən xəsarətləri alan məktəbli Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. 

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər 607 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR