Gürcüstanın hökumət administrasiyasına yeni rəhbər təyin olunub

Gürcüstanın hökumət administrasiyasına yeni rəhbər təyin olunub

Kaxa Kaxişvili Gürcüstanın hökumət administrasiyasının rəhbəri təyin olunub.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze bildirib.
Baş nazir K. Kaxişvilinin hökumətin ən uğurlu nazirlərindən biri olduğunu deyib.

Qeyd edək ki, K. Kaxişvili 2015-ci ildən cəzaların icrası və probasiya naziri olub. Hökumətdə həyata keçirilmiş struktur dəyişikliklərinə əsasən, onun rəhbərlik etdiyi nazirlik Ədliyyə Nazirliyinə birləşdirilir. Hökumət administrasiyasının keçmiş rəhbəri Şalva Tadumadze ötən gün ölkənin baş prokuroru vəzifəsinə təyin olunub.

Aktual.az
Xəbər 40 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR