Gürcüstanda ağır qəza: 28 nəfər xəsarət alıb

Gürcüstanda ağır qəza: 28 nəfər xəsarət alıb
  • DÜNYA

Gürcüstanın Quriya şəhəri ilə Acariya Respublikasını birləşdirən avtomobil yolunda iki sərnişin mikroavtobusunun toqquşması nəticəsində 28 nəfər xəsarət alıb.

Aktual.az  Report-a istinadən xəbər verir ki, qəza Quriyanın Qara dəniz sahilində yerləşən Şekvetili kurort qəsəbəsində baş verib.
İnformasiyaya əsasən, xəsarət alanlar Acariyanın Kobuleti şəhər xəstəxanasına yerləşdiriliblər. Məlumata görə, yaralıların 4-nün vəziyyəti ağırdır.
Hadisə ilə bağlı araşdırma aparılır. Qəzanın törədilməsində günahı olan sürücünü cərimə və ya 4 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
 
Aktual.az 
Xəbər 263 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR