"Günəşli" yatağında itkin düşənlərin yaxınları axtarışlara cəlb olunurlar


Hal-hazırda "Günəşli" yatağının 10-cu özülündə baş vermiş yanğın nəticəsində itkin düşənlərin axtarışları davam etdirilir.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib.

Nazir müavini bildirib ki, axtarışlara Fövqəladə Hallar Nazirliyinin 4 helikopteri cəlb olunub: "Eyni zamanda gəmilərimiz sahil boyu axtarışları davam etdirir. Axtarışlara həmçinin Dövlət Sərhəd Xidmətinin helikopterləri və gəmiləri cəlb olunub".

E.Mirzəyev deyib ki, FHN ilə SOCAR hadisə yerinə birgə uçuş təşkil edirlər: "İtkin düşmüş neftçilərin yaxınları Günəşli yatağının 10-cu özülündə olacaqlar, öz gözləri ilə yaxınlarının harada işlədiklərini və itkin düşdüklərini görəcəklər".

Nazir müavini qeyd edib ki, bu günə qədər hava şəraitindən asılı olmayaraq xilasetmə və axtarış işləri dayandırılmayıb: "Hər gün bu işlər həyata keçirilib".

SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov də jurnalistlərə bilidirb ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən itkin düşmüş neftçilərin ailə üzvlərinin xahişi nəzərə alınaraq onların axtarışlarda iştirakına icazə verilib: "Neftçilərin ailə üzvləri təlimatlandırılıblar. Onların hadisə yerinə aparılıb, axtarışlarda iştirakını təmin edəcəyik".

Xəbər 408 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR