“Google” “Uber”ə rəqib yaradır

“Google” “Uber”ə rəqib yaradır

"Google" axtarış sistemi özünün "Waze" naviqasiya əlavəsini yol yoldaşı axtarışı funksiyası ilə tamamlayacaq

"Uber" və "Lyft" taksi xidmətlərindən fərqli olaraq, "Google" adi sürücüləri naviqasiya əlavəsindən istifadə edərək eyni istiqamətə gedən insanları daşımağa sövq edəcək.
 
Yeni xidmət ABŞ-ın və Latın Amerikasının bir neçə şəhərində istifadəyə veriləcək.
 
"Biz adi bir sürücünü işə yollanarkən eyni istiqamətə gedəcək sərnişinləri də özü ilə götürməyə inandıra bilərikmi? Bu, ən mürəkkəb sualdır", - deyə "Waze" şirkətinin rəhbəri Noam Bardin deyib.
 
"Waze" ilə hərəkət "Uber" və "Lyft"dən daha ucuz olacaq. Belə ki, Oklendin mərkəzindən San-Fransiskonun mərkəzinə gediş 4,5 dollar olacaq. "Uber Pool"da qiymət 10,57 dollar, "Lyft Line"da isə 12,40 dollar təşkil edir.
 
"Waze" xidmətindən yararlanan sərnişinlər bir mil məsafə üçün cəmi 0,54 dollar ödəyəcək. Əvvəlcə xidmət sürücülərdən pul tutmayacaq, lakin gələcəkdə xidmət tam gücü ilə çalışmağa başlayanda gəlirdən 15% tutulması planlaşdırılır. (lent.az)

Aktual.az
Xəbər 645 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR