Gənclər təşkilatı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar internet aksiya keçirəcək

Gənclər təşkilatı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar internet aksiya keçirəcək

Gənclər təşkilatı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar internet aksiya keçirəcək

Aktual.az xəbər verir ki, yanvarın 19-20- də keçiriləcək aksiyanın məqsədi Azərbaycan gəncliyi adından dünya ictimaiyyətinə, xüsusilə də beynəlxalq təşkilatlara 20 Yanvar faciəsi ilə bağlı həqiqətləri çatdırmaq və bu faciəyə hüquqi qiymətin verilməsini tələb etməkdir.
Aksiya zamanı əvvəlcədən müəyyən ediləcək cədvələ uyğun olaraq, gənclər internet vasitəsilə 20 Yanvar faciəsinə dair məqalə, foto, bəyanat və bu kimi digər materialları dünyanın müxtəlif nöqtələrinə, beynəlxalq təşkilatların elektron ünvanlarına, məşhur internet səhifələrə, xarici qəzet və jurnallara göndərəcəklər.
Aksiyada istifadə etmək üçün ingilis, rus, alman,fransız və türk dillərində materiallar hazırlanmış və təbliğat zamanı onlardan istifadə olunacaqdır.
Aksiya yalnız Azərbaycanda deyil, paralel olaraq, dünyanın müxtəlif ölkələrində təhsil alan GTM üzvləri tərəfindən də həyata keçiriləcəkdir.
Xəbər 777 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR