Gəncədə İdman Sarayı tikiləcək

Gəncədə İdman Sarayı tikiləcək

Prezident İlham Əliyev Gəncə şəhərində İdman Sarayının tikintisi haqqında sərəncam imzalayıb. 

Aktual.az-ın məlumatına görə, sərəncama əsasən, Gəncə şəhərində İdman Sarayı inşa ediləcək. 
Gəncə İdman Sarayının layihələndirilməsi və tikintisi üzrə sifarişçi funksiyaları, habelə obyektin inşası prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Gəncə Şəhər İcra Hakimiyyətinə həvalə edilib.
İqtisadiyyat Nazirliyinə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri bölgüsündə Gəncə İdman Sarayının tikintisi üçün maliyyə vəsaitini nəzərdə tutmaq tapşırılıb. 
 
Aktual.az
Xəbər 353 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR