Füzuli sakini qohumunu güllələdi

Füzuli sakini qohumunu güllələdi

Yanvarın 19-da Füzuli Rayon Polis Şöbəsinə rayon sakini Yaşar İbişovun odlu silahla yaralanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Aktual.az-a verilən məlumata görə, dərhal hadisə yerinə gələn polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla Y.İbişovun Qayıdış qəsəbəsində olarkən münaqişə zəminində qohumu, Fin qəsəbə sakini Cəsarət Nəbiyevin tüfəngdən açdığı atəşlə yaralanması müəyyən edilib.

​Görülmüş tədbirlərlə C.Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan cinayətdə istifadə etdiyi, müvafiq sənədləri olmayan "TOZ-8” markalı tüfəng də götürülüb. ​Saxlanılan şəxs maddi sübutla birgə istintaqa təhvil verilib.
 
Aktual.az
Xəbər 597 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR