""Eurovision" Mahnı Müsabiqəsinin rəhbərliyinə etirazımızı bildirməliyik" - Qənirə Paşayeva


Millət vəkili Q.Paşayeva Türkiyədə verdiyi konfransda hər birimiz Avropa Yayım Birliyinə və “Eurovision” Mahnı Müsabiqəsinin rəhbərliyinə etirazımızı bildirməliyik deyib.

Millət vəkili Q.Paşayeva Türkiyənin Malatya vilayətində 5-ci Anadolu Kitab Fuarı çərçivəsində konfrans verib. Ziyalıları, KİV nümayəndələri, ictimai fəalların və gənclərin qatıldığı tədbirdə millət vəkili Qənirə Paşayeva son günlərdə Azərbaycanda qardaşlarımız Vətən üçün şəhid oldu deyərək Azərbaycanda və Türkiyədə şəhid olmuş qardaş və bacılarımızı rəhmətlə, sevgi ilə anırıq deyərək sözlərinə başlayıb və konfrans iştirakçılarına səslənərək topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Bunun üçün isə ilk növbədə biz biri-birimizi daha yaxından tanımalıyıq, ortaq tariximizi, köklərimizi, mədəniyyətimizi, ədəbiyyatımızı, musiqimizi, keçmiş və bu günümüzü, problemlərimizi, gələcəyə baxışlarımızı gənclərimizin daha yaxşı bilməsinə çalışmalıyıq. Bu gün Türk dünyasının mütəlif bölgələrində türk kökənli insanların yaşadığı ağrılardan, əziyyət çəkdiyi problemlər barədə geniş məlumatlar verən millət vəkili Qənirə Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib. Bölgədə son günlər daha da gərginləşən vəziyyət barədə geniş çıxış edən millət vəkili Q.Paşayeva Azərbaycan xaqının hər zaman qardaş Türkiyənin yanında olduğunu xüsusi vurğulayıb və bütün türk dünyasını, harada doğulub harada yaşamasından asılı olmayaraq hər bir türk insanını Azərbaycanın və Türkiyənin yanında olmağa çağırıb. Qənirə Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından, törətdiyi vandalizm aktlarından, Xocalı Soyqırımından da danışaraq bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq. Bizə qarşı olan əddalətsizliklərə qarşı birgə mübarizə aparmalıyıq və gənc nəsillərimiz duyarlı olmalı və belə hallarda etiraz səslərini ucaltmalıdırlar deyən millət vəkili Q.Paşayeva “Eurovision 2016” Mahnı Müsabiqəsinin birinci yarımfinalında Ermənistan tərəfinin yol verdiyi bayraq təxribatından və Azərbaycanın bununla bağlı Avropa Yayım Birliyinə və “Eurovision” Mahnı Müsabiqəsinin rəhbərliyinə müraciətindən danışaraq buna baxmayaraq qurumun beynəlxalq hüquqa zidd hərəkət edən Ermənistanı cəzalandırmamasına ciddi etiraz edir deyib. Biz hamımız Ermənistanın bu təxribatlarının cəzasız qalmaması üçün Avropa Yayım Birliyinə və “Eurovision” Mahnı Müsabiqəsinin rəhbərliyinə öz etirazımızı davamlı olaraq göndərməliyik və bu məsələdə harada doğulub harada yaşamasından asılı olmayaraq gənclərimiz fəal olmalıdırlar. Biz harada törətmələrindən asılı olmayaraq Ermənistanın bu cür təxribatlarına ciddi cavab verməliyik. Millət vəkili Q.Paşayeva Türk gəncliyini işğal altında olan Azərbaycan torpaqları ilə bağlı məsələlərdə hər zaman daha da duyarlı olmağa çağırıb. Millət vəkili Qənirə Paşayeva çıxışını “inşallah yaxın zamanlarda belə tədbirləri birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil”. deyərək bitirib. Tədbirin sonunda millət vəkili Q.Paşayeva tədbir iştirakçılarına araşdırmaçı-yazar İmdat Avşarla birlikdə hazırladıqları “Karabağ hikayeleri” kitabını və Mətanət A şirkəti tərəfinin dəstəyi ilə Qarabağ həqiqətlərinə dair hazırlanmış materialları hədiyyə edib.

Xəbər 947 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR