Ətraf mühit üçün təhlükəli reklamlar qadağan olundu

Ətraf mühit üçün təhlükəli reklamlar qadağan olundu

İlham Əliyev "Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” fərman imzalayıb.

Aktual.az  Azərtac-a istinadən xəbər verir ki, dəyişikliyə əsasən, "Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ətraf mühit üçün təhlükə potensialı olan əmtəələrin və hərəkətlərin reklamı qadağandır. Ətraf mühit üçün təhlükə potensialı olan reklamı qadağan olunan əmtəələrin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Reklam ətraf mühitə ziyan vura biləcək hərəkətlərə təhrik etməməlidir. Reklamda əmtəənin ətraf mühitə mənfi təsiri barədə məlumatların qəsdən gizlədilməsinə yol verilmir.”.
 
Aktual.az 
Xəbər 781 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR