“Etihad Airways” Qəbələ və Naxçıvana aviareyslər aça bilər

“Etihad Airways” Qəbələ və Naxçıvana aviareyslər aça bilər


"Etihad Airways" avişirkəti Qəbələ və Naxçıvana aviareyslər açmaqla Azərbaycana uçuş coğrafiyasını genişləndirə bilər.

Aktual.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.
Qeyd edək ki, AZAL və "Etihad Airways" arasındakı razılaşmaya əsasən, ilk dəfə olaraq Əbu-Dabi - Bakı - Əbu-Dabi marşrutu üzrə birgə reyslərin həyata keçirilməsinə başlayıb. Uçuşlar hər həftə çərşənbə, cümə və şənbə günləri həyata keçiriləcək.
Birinci reys xüsusi nümayəndə heyəti ilə Əbu-Dabidən gəlib.
N.Bağırov qeyd edib ki, aviareysin açılması BƏƏ və digər ərəb ölkələrindən turist axınına müsbət təsir göstərəcək.
Xəbər 377 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR