Ermənistanın 5 əsgəri məhv edilib

Ermənistanın 5 əsgəri məhv edilib

"Düşmən tərəfi rəsmi açıqladığı kimi, 3 hərbi qulluqçusunu deyil, ağır yaralanmış daha 2 əsgəri - Myasnik Ovanisyan və Vardan Harutyunyanı da ölü olaraq itirib. Beləliklə də, dünən cəbhədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib".
 
Bu barədə Aktual.az-a  Müdafiə Nazirliyindən bildirilib.
 
"Bundan əlavə, ermənilərin bir neçə ağır yaralanmış hərbi qulluqçusu da yerli hospitallardan birinə yerləşdirilib.
 
Həmişə olduğu kimi Ermənistan tərəfi ictimaiyyətinin haqlı etirazından çəkinərək yenə də öz itkilərini gizlətməkdə davam edir", - deyə məlumatda qeyd olunur.
 
Aktual.az
Xəbər 96 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR