Ermənistanda həbs edilən müxalifətçilərin sayı 100-ə çatıb

Ermənistanda həbs edilən müxalifətçilərin sayı 100-ə çatıb

Yerevanda aprelin 19-da polisin tutduğu etiraz aksiyası iştirakçılarının sayı 100-ə çatıb.

"Report” "İnterfax”a istinadən xəbər verir ki, bunu Ermənistan Polisinin mətbuat xidmətinin əməkdaşı Edqar Canoyan bildirib. 

"Saat 13.30-a olan məlumata görə, polis bölmələrinə yüz nəfər gətirilib”, - o vurğulayıb.

***

Bu gün Yerevanda polisin həbs etdiyi etiraz aksiyası iştirakçılarının sayı 30-a çatıb.

"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı polis yayıb.
Bildirilib ki, aprelin 19-da aksiya iştirakçıları hökumət binasının korpuslarından birini mühasirəyə alıblar. Bundan sonra onlar Yerevanın küçələrində yürüş keçiriblər.
Qeyd edək ki, Yerevanda müxalifətçilərin etiraz aksiyasının keçirildiyi ərazilərə əlavə polis qüvvələri yeridilib. 
Xatırladaq ki, aprelin 13-dən Yerevanda Serj Sarqsyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyası keçirilir. Buna baxçayaraq apreıin 17-də ölkə parlamentində onun namizədliyi səsverməyə çıxarılıb. Deputatların 77-si S.Sarqsyanın lehinə, 17-si isə əleyhinə səs verib.  
 
Aktual.az
Xəbər 520 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR