Emin Ağalarovun ad günündən – FOTO + VİDEO

Emin Ağalarovun ad günündən – FOTO + VİDEO

Rusiyada yaşayan azərbaycanlı müğənni Emin Ağalarov ad gününü qeyd edib.

Aktual.az Qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi əvvəlcə 37 yaşını pərəstişkarları ilə birgə qeyd edib.

Ağalarov "Krokus Siti Holl”da səhnəyə çıxaraq konsert verib. O, Ani Lorak və Polina Qaqarina ilə duet oxuyub.

Ad günü məclisi konsertdən sonra davam edib. Emin 11-dən 12-nə keçən gecə bütün dostlarını öz ətrafına toplayıb. Moskvanın məşhur restoranlarının birində baş tutan gecədə Stivin Seqal, Filipp Kirkorov, Timati, Andrey Malaxov və başqaları iştirak edib.

Gecəyə Eminin atası, məşhur biznesmen Araz Ağalarov da qatılıb. O, müğənni Katya Lellə rəqs edib. Həmin görüntülər sosial şəbəkədə yayılıb.

 













Xəbər 4294 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR