Elmar Məmmədyarov gürcü həmkarı ilə görüşüb

Elmar Məmmədyarov gürcü həmkarı ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 26-da Tbilisidə keçirilən Şərq Tərəfdaşlığı ölkələrinin VI qeyri-rəsmi nazirlər toplantısı çərçivəsində Gürcüstan Baş nazirinin müavini və xarici işlər naziri Giorgi Kvirikaşvili ilə görüşüb.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və Gürcüstan münasibətlərinin inkişaf perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regionda və dünyada baş verən proseslər barədə fikir mübadiləsi aparılıb.

Nazirlər iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini vurğulayıblar.

Xəbər 477 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR