Dövlət İdarəçilik Akademiyasına Heydər Əliyevin adının verilməsi təklif edilib

Dövlət İdarəçilik Akademiyasına Heydər Əliyevin adının verilməsi təklif edilib

Milli Məclisin deputat Məlahət İbrahimqızı Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına Heydər Əliyevin adının verilməsini təklif edib.

"Report”un xəbərinə görə, o, bu təklifi Milli Məclisinin Heydər Əliyevin 95 illiyinə həsr edilən təntənəli iclasında irəli sürüb.
M.İbrahimqızı Heydər Əliyevin ideyalarının əbədiləşdirilməsinin vacibliyinə toxunub.
Deputat Aydın Hüseynov isə rayonlardan birinə Heydər Əliyevin adının verilməsini təklif edib.
Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov Heydər Əliyevin hakimiyyətdə olduğu dövründə formalaşdırılan hüquqi bazadan danışıb. O qeyd edib ki, iqtisadi islahatla hüquqi islahat paralel həyata keçiriləndə ölkə inkişaf edir: "Azərbaycanda da bu prinsiplər əsas olub”.
O vurğulayıb ki, Azərbaycan hazırda müstəqil xarici siyasət yürüdür, Heydər Əliyevin dövlətçilik ənənələri qorunub saxlanılır.
Deputat Aydın Mirzəzadə Heydər Əliyevin şücaətindən danışıb, nümunəvi siyasətçi olduğunu qeyd edib: "Güclü nəzəriyyəçi, güclü praktik ola bilmir. Amma Heydər Əliyev bunların hər ikisini bacarırdı”.
Deputat Nizami Cəfərov da çıxışında Heydər Əliyevin tarixi şəxsiyyət olmaqla yanaşı, Azərbaycanın gələcəyi olduğunu qeyd edib: "Heydər Əliyevin mədəniyyətin, incəsənətin inkişafında rolu misilsizdir. O, daim sənət adamlarına diqqət və qayğı göstərib. Onun dövründə Azərbaycan elmi, mədəniyyəti inkişaf edib”.
 
Aktual.az
Xəbər 546 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR