Dövlət büdcəsinin layihəsi hökumətə təqdim olundu

Dövlət büdcəsinin layihəsi hökumətə təqdim olundu

2018-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələri, habelə növbəti üç il üçün icmal büdcənin göstəriciləri Nazirlər Kabinetinə təqdim olunub.

Bu barədə Aktual.az-a  Maliyyə Nazirliyindən məlumat verilib.
"Büdcə sistemi haqqında” qanuna və "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı” Nazirlər Kabinetinin 2017-ci il 25 yanvar tarixli sərəncamına uyğun olaraq, 2018-ci il dövlət büdcəsinin və icmal büdcənin layihələri, habelə növbəti üç il üçün icmal büdcənin göstəriciləri 2017-ci il 15 sentyabr tarixində Nazirlər Kabinetinə təqdim olunub”, - deyə məlumatda vurğulanıb.


Aktual.az
Xəbər 403 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR