Dövlət borcunun idarə edilməsi ilə bağlı layihə hazırlanacaq

Dövlət borcunun idarə edilməsi ilə bağlı layihə hazırlanacaq

Nazirlər Kabineti gələn il dövlət borcunun ortamüddətli və uzunmüddətli idarə edilməsi layihəsini hazırlayacaq.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu Azərbaycan prezidenti İlham Əliyevin 2017-ci il üçün dövlət büdcəsinin təsdiq edilməsi haqqında sərəncamında qeyd olunub.

Sərəncama görə, 6 ay ərzində həmin layihə hazırlanmalı və dövlət başçısına təqdim edilməlidir.

2016-cı il oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanın xarici borcu 7 650,7 milyon dollar (12 402,6 milyon manat) təşkil edib.
 
Aktual.az
Xəbər 550 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR