DİN iki bankın adını siyahıdan çıxartdı

DİN iki bankın adını siyahıdan çıxartdı

Daxili İşlər Nazirliyinin Kollegiyası “Vətəndaşların şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də dəyişikliklər edib.

Aktual.az APA-ya istinadən xəbər verir ki, dəyişiklik Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi üçün vətəndaşın qeydiyyatda olduğu əraziyə görə dövlət rüsumlarının köçürüləcəyi hesablarla bağlıdır.

İndiyə qədər Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi üçün vətəndaşın qeydiyyatda olduğu əraziyə görə dövlət xəzinədarlığı orqanlarında dövlət rüsumları Mərkəzi Bank Naxçıvan Muxtar Respublikası İdarəsi, Dövlət Xəzinədarlığı Agentliyi, Kapital Bankın, Azərbaycan Beynəlxalq Bankının və Turanbank ASC-nın şəhər və rayonlardakı filiallarındakı hesablara, Sumqayıtda Texnikabankın Sumqayıt filialındakı, Lənkəranda Standart Bankın Lənkəran filialındakı hesablara köçürülüb. Dəyişikliyə əsasən, Texnikabank və Standart Bank bu siyahıdan çıxarılıb. Sumqayıt və Lənkəranda bu rüsumlar Dövlət Xəzinədarlığı Agentliyindəki hesaba köçürüləcək. 

 
Xəbər 597 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR