DƏHŞƏTLİ FAKT: 2016-cı ildə Suriyada rekord sayda uşaq həlak olub

DƏHŞƏTLİ FAKT: 2016-cı ildə Suriyada rekord sayda uşaq həlak olub

BMT-nin Uşaq Fondunun (YUNİSEF) məlumatına görə, 2016-cı ildə Suriyadakı hərbi konfliktdə rekord sayda uşaq həlak olub.

Aktual.az  xəbər verir ki, ötən il bu ölkədə 650 azyaşlının öldürüldüyü açıqlanıb. Bundan əlavə, Suriyada müxtəlif xəstəliklər səbəbindən daha bir neçə yüz uşaq dünyasını dəyişib. Məlumatda qeyd olunur ki, azyaşlılar zəruri dərmanlarla və tibbi yardımla təchiz olunsaydı, onlar yaşaya bilərdi.
YUNİSEF-dən əlavə ediblər ki, 2016-cı ildə azı 851 uşaq silahlı qruplaşmaların tərəfində hərbi əməliyyatlarda iştirak etməyə məcbur olub. Bu rəqəm 2015-ci illə müqayisədə 2 dəfə çoxdur.
Keçən ilin noyabrında bildirilirdi ki, Suriyada mühasirə şəraitində yaşayan uşaqların sayı bir il ərzində ikiqat artıb və 500 minə çatıb. (report)
 
Aktual.az
Xəbər 406 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR