Daşınmaz əmlak bazarında qiymətlər ucuzlaşıb, yoxsa bahalaşıb?

Daşınmaz əmlak bazarında qiymətlər ucuzlaşıb, yoxsa bahalaşıb?

"Bazarda alıcı qıtlığı müşahidə olunmaqdadır. Daşınmaz əmlak bazarında aktivliyin artması daha çox Azərbaycanın makroiqtisadi vəziyyətinin müsbətə doğru dəyişməsindən asılı ola bilər. Yəni ölkənin gəlirləri artarsa, (neft qiyməti 60-70 dollar təşkil edərsə) hökumət də şəhərsalma və infrastruktur, tikinti layihələrinə ayırdığı vəsaitləri artıracaq. Bu halda daşınmaz əmlak bazarında müsbətə doğru dəyişiklik ola bilər. Ancaq hazırda qiymət artımı üçün hər hansı bir əsas yoxdur”.

Aktual.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlı deyib. O bildirib ki, daşınmaz əmlak bazarında indiki halda aktivliyin artacağını düşünmək bir qədər yanlışlıq olar.

R.Osmanlının sözlərinə görə, daşınmaz əmlak bazarında yalnız yeni tikilən binalar istisna olmaqla, qiymətlərdə azalma müşahidə edilir: "Yeni tikililərdə qiymət artımı və ya azalması müşahidə edilməyib. Çünki bu binalara nəzarəti birbaşa olaraq investorlar edir. Həmin investorlar isə qiyməti heç cür aşağı salmır. Bu il ərzində daşınmaz əmlak bazarında qiymət artımı barədə danışmaq əsassız olar. Xüsusilə təkrar mənzil bazarında (köhnə tikililərdə) qiymətlər təqribən, 23% aşağı düşüb. Bu tendensiya hələ də davam edir. Kiçik ölçülü ipoteka üçün əlçatan olan ucuz mənzillərin qiymətində nisbi artımlar müşahidə olunur. Həmçinin qiymət artımı qiyməti 100 min manat və ondan aşağı olan mənzillərdə müşahidə olunur. Həyət evlərinin qiyməti son 2 ilə nisbətən 15-20 faiz azalıb. Bu da bazara olan təlabatın azalmasından irəli gəlir”.

Bildirək ki, "MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov 2017-ci ilin may ayında daşınmaz əmlak bazarında qiymətlərin 1,37% bahalaşdığını açıqlayıb.

N.İbrahimov qeyd edib ki, ən böyük artım mənzil bazarında, ən aşağı artım torpaq bazarında qeydə alınıb: "İlkin mənzil bazarında may ayında qiymətlər 5,04 faiz, təkrar mənzil bazarında 3,81 faiz artıb. Bundan başqa, mənzil kirayəsi bazarında 2,96 faiz, torpaq bazarında 0,08 faiz artım qeydə alınıb”.
 
Aktual.az
Xəbər 382 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR