Daha bir DƏHŞƏTLİ İNTİHAR: özünü evində yandırdı

Daha bir DƏHŞƏTLİ İNTİHAR: özünü evində yandırdı

Bu gecə Gəncə şəhərində baş vermiş yanğınla bağlı bəzi məqamlar üzə çıxıb.

Nizami rayonu Nizami küçəsi 5 ünvanındakı yanğının qəsdən törədildiyi üzə çıxıb. Məlum olub ki, ev sahibi, 1962-ci il təvəllüdlü Sultanov Arif Məmməd oğlu öz üzərinə və mənzilə benzin tökərək birgə od vurub. Ev tamamilə yanıb. Hadisə yerinə gəlmiş yanğınsöndürənlər A.Sultanovun yanmış meyitini aşkarlayıb.
Bildirilir ki, A.Sultanov əvvəllər məhkumluq həyatı yaşayıb. Onun psixoloji problemləri olub. (lent.az)

***
Gəncədə 1 nəfərin ölümü ilə nəticələnmiş yanğın hadisəsi qeydə alınıb.

Aktual.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 98 m2 olan birmərtəbəli 4 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı zamanı 1962-ci il təvəllüdlü Arif Məmməd oğlu Sultanovun yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 01:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
Aktual.az
Xəbər 543 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR