Bu gün İnternetdəki problem son tamamlama işləri ilə əlaqəlidir - NAZİRLİK

Bu gün İnternetdəki problem son tamamlama işləri ilə əlaqəlidir   - NAZİRLİK

Bu gün saat 16:00 radələrində Azərbaycanda internetlə təchizatda yenidən problem yaranıb.

“APA-Economics”in məlumatına görə, saat 16:00-dan etibarən təxminən 20 dəqiqə ərzində internetə giriş mümkün olmayıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə fakti təsdiqləyiblər. Nazirlidən bildirilib ki, internetlə təchizatda problem noyabrın 16-da baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı aparılan son tamamlama işləri ilə bağlıdır: “İnternetlə təchizatda fasilə 5-10 dəqiqəlikdir. Fasiləyə səbəb son tamamlama işləri və avadanlıqların yerinin dəyişməsi ilə əlaqədardır”.

Xəbər 573 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR