Brüsseldə NATO Hərbi Komitəsinin sessiyası işə başlayıb

Brüsseldə NATO Hərbi Komitəsinin sessiyası işə başlayıb

Brüsseldə NATO Hərbi Komitəsinin sessiyası işə başlayıb.

"Report” xəbər verir ki, NATO Hərbi Komitəsinin rəhbəri, general Petr Pavel ilk iclası açaraq ikigünlük sessiyanın əsas mövzularının NATO-nun hərbi imkanlarının modernləşdirilməsi və gücləndirilməsi, Əfqanıstan və İraqdakı əməliyyatlar, eləcə də tərəfdaş ölkələrlə münasibətlər olacağını bildirib.
Onun sözlərinə görə, yanvarın 17-də Brüsseldə Ukrayna-NATO və Gürcüstan-NATO Komissiyaları çərçivəsində görüşlər keçiriləcək.
Qeyd edək ki, NATO Hərbi Komitəsinin "Qətiyyətli Dəstək” və "Stabilliyin layihələşdirilməsi” formatlarında təşkil edilən görüşlərdə Azərbaycan müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov da iştirak edir.
Əfqanıstan üzrə görüşlər zamanı NATO-nun "Qətiyyətli dəstək” missiyasının komandanı, general Con Nikolson regiondakı vəziyyət barədə hesabat təqdim edəcək. İraq üzrə məsələdə isə NATO Baş Qərargahlar rəhbərləri İŞİD-ə qarşı koalisiyada NATO-nun rolunu müzakirə etməlidirlər.
NATO Hərbi Komitəsinin bu iclası ittifaqın müdafiə nazirlərinin fevral ayında keçiriləcək görüş üçün hazırlıq mərhələsi olmalıdır.
 
Aktual.az
Xəbər 469 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR