“Boeing” ABŞ-a “F-18“ qırıcıları verəcək

“Boeing” ABŞ-a “F-18“ qırıcıları verəcək

"Boeing" şirkəti ABŞ hərbi hava qüvvələrini 18 ədəd "F-18" qırıcı təyyarələri ilə təmin etmək üçün keçirilən müsabiqənin qalibi olub. . 

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun yaydığı press-relizdə bildirilib.
"15 ədəd F/A-18E qırıcı-bombardmançıları və 3 ədəd F/A-18 qırıcı təyyarələrinin alınması üçün "Boeing" şirkətinə 862 milyon 249 min dollar pul təqdim olunur” – deyə məlumatda qeyd olunub. 

Qırıcı təyyarələrin hazırlanması üzrə işlərin 2020-ci ildə yekunlaşacağı və ABŞ hərbi havaqüvvələrinə təhvil veriləcəyi planlaşdırılır. 

Qeyd edək ki, "Boeing" aviasiya, kosmik, hərbi təyyarə və texnikalar istehsal edən dünya miqyaslı iri korporasiyadır. Lockheed Martin və Raytheon şirkətlərilə yanaşı, "Boeing" ABŞsilahlı qüvvələrini hərbi texnika ilə təmin edən üç əsas şirkətdən biridir. Bu şirkətlər silah istehsalı sifarişi üzrə müqavilələrin məhz onlarla bağlanması üçün ABŞ Konqressində lobbiçiliyə yüz milyonlarla dollar pul xərcləyir. 

Aktual.az
Xəbər 514 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR