Bitkoin son 4 gündə 26% ucuzlaşıb

Bitkoin son 4 gündə 26% ucuzlaşıb

Bitkoinin qiyməti ABŞ və Yaponiya Mərkəzi Banklarının kriptovalyuta bazarını tənzimləmək zərurəti ilə bağlı açıqlamalarından sonra son 4 gündə 3 000 dollar və yaxud 26% azalaraq 8600 dollara düşüb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bitkoinlə yanaşı, digər kriptovalyutalarda ucuzlaşıb. 
Son nəticədə rəqəmsal valyuta bazarının kapitallaşma göstəricisi 340 mlrd. dollara düşüb. Xatırladaq ki, kriptovalyuta bazarına investisiyaların minimal həddi bu il fevralın 6-da (277 mlrd. dollar), maksimal həddi isə bu il yanvarın 8-də (830 mlrd. dollar) qeydə alınıb.
"Report"un analitik qrupu martın 19-20-də keçiriləcək G20 sammitində kriptovalyuta bazarının tənzimlənməsi barədə lider ölkə rəhbərlərinin açıqlamalarının olacağını, lakin bununla bağlı konkret addım atılmayacağını ehtimal edir. Bu da kriptovalyuta bazarında yenidən yüksəlməsinə və yay aylarına qədər bazarın həcminin 700 mlrd. dollara, ilin sonuna qədər isə 1 trln. dollara çatmasına səbəb ola bilər. Bazarın tənzimlənməsinə isə 2019-cu ildə başlanılması gözlənilir. Gələn həftədən etibarən kriptovalyutaların qiymətində yenidən artım gözlənilir.
Xəbər 129 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR