Bankdan kredit götürənlərə vacib xəbər – ÖZƏL

Bankdan kredit götürənlərə vacib xəbər  – ÖZƏL

Bundan sonra banklardan kredit götürən vətəndaşlar məcburi qaydada götürdüyü məbləğin beş faizi miqdarında “Həyat sığortası” ödəməli olacaqlar.

Bununla bağlı özəl informasiya Aktual.az-a olkədə fəaliyyət göstərən banklardan birindən daxil olub.

İnformasiyada qeyd olunur ki, bu gün səhər bununla bağlı ölkədə fəaliyyət göstərən banklara məktub ünvanlanıb.

Məktubda banklardan “Həyat sığortası” tətbiq etmək, bununla riskli ödənişləri aradan qaldırmaq tələb olunur.

Aktual.az bu qərarın hansı nəticələr doğuracağını aydınlaşdırmaq üçün iqtisadçı-ekspert Vüqar Bayramova müraciət edib.

Portalımıza açıqlamasında ekspert bu qərardan xəbərdar olduğunu deyib:

“Bilirsiniz ki, son dövrlər banklarda maliyyə böhranı yaşanır. Vətəndaşların banklara ödəməli olduğu kreditlərdə gecikmələr yaranır. Bu da heç şübhəsiz bank sektorunda böhranlı vəziyyətə gətirib çıxarır. Bu səbəbdən Mərkəzi Bank çıxış yolu olaraq “Həyat sığortası”nı tətbiq etmək qərarını verib. Artıq bu gündən sonra banklardan kredit götürən vətəndaşlar məcburi qaydada “Həyat sığortası” paketini almalı olacaqlar. Əvvəllər vətəndaş bankdan kredit götürəndə yalnız bir faiz komision haqqı ödəyirdisə, artıq götürdüyü məbləğin beş faizi həcmində “Həyat sığortası” ödənişini etməyə məcbur olacaq. Misal üçün 10 min kredit götürən şəxs əlavə olaraq 500 manat sığorta haqqı ödəyəcək. Bu qərar banklara imkan verəcək ki, müştəri vəfat etdikdə onun pulunu sığorta şirkətindən ala bilsin. Yəni, bank verdiyi krediti bütün hallarda geri ala biləcək. Hesab edirəm ki, Mərkəzi Bankın qərarından sonra sığorta bazarında canlanma yaranacaq”.

Adnan/Aktual.az

Xəbər 14033 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR