Bakıya leysan yağır

Bakıya leysan yağır

Bu gün günorta saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında güclü yağış yağmağa başlayıb.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, şimşək çaxması və göy gurultusu ilə müşayiət olunan leysan xarakterli yağış hazırda davam edir.

Güclü yağış nəticəsində paytaxtın bəzi küçə və yollarında böyük gölməçələr meydana gəlib.

Qeyd edək ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Xəbər 412 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR