Bakıda zəncirvari qəza: 3 yaralı

Bakıda zəncirvari qəza: 3 yaralı

Bu gün səhər saatlarında paytaxtın Yasamal rayonundan "Sədərək” ticarət mərkəzinə gedən magistral yolda zəncirvari qəza baş verib

 Yasamal rayon Polis İdarəsinin müstəntiqi Yanar Əliyevin salamnews-a verdiyi məlumata görə, qəza zamanı altı avtomobil toqquşub. Yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər - 50 yaşlı Füzuli Mərdanov, 60 yaşlı Mahir Zeynalov və 43 yaşlı Anar Hüseynov xəsarət alıblar və təcili tibbi yardım maşını ilə 1 nömrəli xəstəxanaya gətiriliblər. Hər üç yaralı kəllə beyin travması alıb, vəziyyətləri orta-ağır hesab olunur.

Faktla əlaqədar Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb. Hadisə səhər saatlarında baş verdiyindən yolda tıxac yaranıb. (lent.az)

Aktual.az
Xəbər 474 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR