Bakıda saxlanılan transseksuallarda QİÇS və SİFİLİS tapıldı

Bakıda saxlanılan transseksuallarda QİÇS və SİFİLİS tapıldı

Azərbaycanda saxlanılan transseksual şəxslərdən bir neçəsində QİÇS virusu aşkarlanıb.

Aktual.az xəbər verir ki, bu barədə lent.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov məlumat verib.
Nazirlik rəsmisinin bildirdiyinə görə, ötən günlərdə vətəndaşların şikayətinə əsasən saxlanılan və tibbi müayinədən keçirilən transseksuallar arasında QİÇS və sifilis xəstəsi olan şəxslər aşkarlanıb.
Rəsmi məlumata görə, saxlanılan şəxslərdən 5 nəfərdə həm QİÇS, həm də sifilis aşkar edilib. Bir nəfərdə isə yalnız sifilis xəstəliyi aşkarlanıb: "Mövcud qanunlara əsasən, biz onların adlarını açıqlaya bilmirik. Polisin bu əməliyyatı bir daha göstərdi ki, bu cür tədbirlər vətəndaşlarımızın tibbi təhlükəsizliyi üçün çox vacibdir. Vətəndaşlarımız bu cür təhlükəli halları müşahidə edəndə mütləq polisə müraciət etsinlər", - deyə E.Zahidov qeyd edib.
 
Aktual.az
Xəbər 201 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR