Bakıda qadın piyadanı vurub qaçan sürücü həbs edildi

Bakıda qadın piyadanı vurub qaçan sürücü həbs edildi

Qadın piyadanı vurub qaçan sürücü həbs edilib.

Aktual.az  DİN-ə istinadən xəbər verir ki, avqustun 4-də saat 1.00 radələrində Xəzər rayonunun Binə qəsəbəsinin ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən 40-45 yaşlı qadın vurulub. Qadın xəstəxanaya yerləşdirilib.
Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarət alan şəxsin Salyan rayon sakini Təranə Hüseynova olması müəyyən edilib.
Hadisənin "Opel” markalı avtomobilin sürücüsü – Bakı şəhər sakini İlham Ağayev tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.

Aktual.az
Xəbər 258 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR