Bakıda maşın vuran gənc komaya düşdü

Bakıda maşın vuran gənc komaya düşdü

Paytaxtın Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report” xəbər verir ki, 1995-ci il təvəllüdlü Kərimov Nurlan Əflatun oğlu NZS qəsəbəsində yolu keçmək istəyən zaman onu minik avtomobili vurub.
Yaralı koma vəziyyətinə düşüb. O, "təcili yardım" maşını vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Xəstəxananın Reanimasiya şöbəsindən verilən məlumata görə, onun vəziyyəti ağırdır.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Aktual.az
Xəbər 179 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR