Bakıda makleri avtomobil vurdu

Bakıda makleri avtomobil vurdu

Bakının Səbail rayonunda piyadanı avtomobil vuraraq öldürüb.

"Report"un xəbərinə görə, Azərbaycan prospektində, yol kənarında dayanan 1965-ci il təvəllüdlü Həsən Vəliyevi minik avtomobili vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, H.Vəliyev hadisə yerinə yaxın ərazidə ev alqı-satqısı ofisində dəllal işləyirmiş.
 
Aktual.az
Xəbər 285 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR