Bakıda ölüyə kredit verən bankdan AÇIQLAMA

Bakıda ölüyə kredit verən bankdan   AÇIQLAMA

"Parabank" vəfat etmiş Vaqif İskəndər oğlu İbrahimovun adına kredit müqaviləsi imzalanması məsələsi haqda növbəti dəfə açıqlama verib.

Aktual.az oxu.az-a istinadən bildirir ki, bank yaydığı təkzibdə 19 avqust 2014-cü ildə ölən Vaqif İbrahimovun müqaviləsi haqda yayılan xəbərlərin həqiqətə uyğun olmadığını qeyd edir.

Həmin təkzibi olduğu kimi təqdim edirik:

"Məqalədə yerləşdirilmiş "ölüm haqqında şəhadətnamə"yə əsasən, 19.08.2014-cü il tarixində rəhmətə getmiş İbrahimov Vaqif İskəndər oğluna kreditlər o, rəhmətə getməmişdən əvvəl verilib. Məqalədə yerləşdirilmiş "Bildiriş"də qeyd edilən müqavilə tarixləri və nömrələri yalnışdır. Yalnışlıq texniki səhv nəticəsində baş verib.

Xəyalə İbrahimovanın V.İbrahimova aid əmlakın girov qoyulmasına dair razılığının olmaması məsələsinə gəldikdə isə, bildirmək istəyirik ki, kreditlərin verilməsi zamanı Vaqif İbrahimov tərəfindən təqdim edilmiş ona məxsus şəxsiyyət vəsiqəsində ailə vəziyyəti "Subay" göstərilib.

Bütün yuxarıda göstərilən məlumatları Bank istənilən vaxt sənədlərlə təsdiq etməyə hazırdır".

Xəbər 367 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR