Bakıda istirahət mərkəzi uçdu — 2 ölü, 4 yaralı

Bakıda istirahət mərkəzi uçdu — 2 ölü, 4 yaralı

Bakıda binada baş verən uçqun hadisəsi nəticəsində ölən və yaralananların sayı açıqlanıb.

Aktual.az  xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova APA-ya bildirib ki, ilkin məlumata görə, hadisə yerində 6 nəfər olub. Onlardan 1 nəfərə yerində yardım göstərilib, 3 nəfər Klinik Tibbi Mərkəzinə aparılıb.
 
2 nəfər isə hadisə yerində dünyasını dəyişib.
 
Qeyd edək ki, Paytaxtın Səbail rayon Şıx qəsəbəsində, "Green City” istirahət mərkəzində tikilməkdə olan binada uçqun baş verib.
 
Fövqəladə Hallar Nazirliyi tərəfindən hazırda xilasetmə işləri davam etdirilir.

***

Bakı şəhərində bina uçub.

Aktual.az  xəbər verir ki, Paytaxtın Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Şıx qəsəbəsində, "Green City” istirahət mərkəzində baş verib.
 
Tikilməkdə olan binada baş verən uçqun nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.
Fövqəladə Hallar Nazirliyindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hadisə yerinə cəlb edilən xilasedicilər dağıntılar altından 1 nəfərin meyitini çıxarıblar. Hazırda xilasetmə işləri davam etdirilir.
 
Aktual.az 
Xəbər 763 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR