Bakıda gənc qızı avtomobil vuraraq öldürüb

Bakıda gənc qızı avtomobil vuraraq öldürüb

Bakıda hələlik kimliyi bilinməyən gənc qızı avtomobil vuraraq öldürüb.

Aktual.az  "Report"a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, aeroport yolunda təxminən 25-28 yaşında olan hələlik kimliyi bilinməyən qızı avtomobil vurub. Nəticədə qız hadisə yerində dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Hazırda onun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

Gənc qızı vuran avtomobilin sürücüsü isə hadisə yerindən qaçıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
 
Aktual.az 
Xəbər 560 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR