Bakıda FACİƏ: Fəhlə yandı

Bakıda FACİƏ: Fəhlə yandı

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Aktual.az "Report"a istinadən bildirir ki, hadisə 1983-cü il təvəllüdlü Xəlilov Azər İsa oğlu Zabrat qəsəbəsindəki fərdi yaşayış evinin damında təmir işi görən zaman qeydə alınıb.
A.Xəlilov iş görərkən yüksək gərginlikli elektrik xəttinə toxunub. Nəticədə onu cərəyan vurub. Zərərçəkmiş bədənin 70 faizinin termiki yanığı diaqnozu ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq o, dünyasını dəyişib.
Fakt araşdırılır.
 
Aktual.az
Xəbər 396 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR