Bakıda ər arvadını və baldızını bıçaqladı

Bakıda ər arvadını və baldızını bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Aktual.az APA-ya istinadən bildirir ki, hadisə bu gün Sabunçu rayonu, E.Mehdiyev küçəsindəki fərdi yaşayış evlərindən birində qeydə alınıb.
 
Həmin ünvanda yaşayan, 1976-cı il təvəllüdlü Oqtay Təhməzov ailədaxili münasibətlər zəminində həyat yoldaşı, 1988-ci il təvəllüdlü Elvira Nəsirovanı və həyat yoldaşının bacısı, 1991-ci il təvəllüdlü Eminə Nəsirovanı bıçaqlayıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.
 
Hadisəni törədən O.Təhməzov saxlanılıb.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 
 
Aktual.az
Xəbər 461 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR