Bakıda avtomobil qaçıran iki yeniyetmə qəza törətdi

Bakıda avtomobil qaçıran iki yeniyetmə qəza törətdi

İyunun 23-də paytaxtın Nizami rayonu B.Nuriyev küçəsindən Bakı şəhər sakini Aqil İbayevə məxsus "Mercedes" markalı avtomobil qaçırılıb və Naxçıvanski küçəsində idarə edilərkən yol ayırıcısına vurulub.

Daxili İşlər Nazirliyindən Aktual.az-a  bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri olan 2 yeniyetmə aldıqları xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
Nizami RPİ tərəfindən araşdırma aparılır.
 
Aktual.az
Xəbər 401 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR