Bakıda 20 min dollara civə satan şəxslər tutuldu

Bakıda 20 min dollara civə satan şəxslər tutuldu

Bakıda civə satan şəxslər saxlanılıb.


Aktual.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakini İsmayıl Quliyev və Bakı şəhər sakini Ayaz Davidov 196 qr ağ civəni 20 000 ABŞ dollarına satarkən tutulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər 377 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR