"Bakcell" şirkəti "Digiturk"lə tərəfdaşlığa başlayıb


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti Türkiyənin ilk və aparıcı rəqəmsal aparıcı televiziya yayım platforması olan “Digitürk” şirkəti ilə yeni tərəfdaşlığa başlayıb.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, şirkətdən verilən məlumata görə, “Digitürk” ilə uzunmüddətli tərəfdaşlıq çərçivəsində “Bakcell” İP və mobil əsaslı xidmətlər üzrə “Digitürk” şirkətinin Azərbaycanda eksklüziv tərəfdaşı olaraq, bütün “Bakcell” müştəriləri üçün geniş çeşidli TV məzmunu, xüsusilə futbol azarkeşləri üçün “Lig TV” kanalını təqdim edəcək. Bu tərəfdaşlığın bir hissəsi kimi “Bakcell” “Qoş və Coş” xidməti çərçivəsində özünün əyləncəli xidmətlər paketini təqdim edir.

“Digitürk”lə tərəfdaşlıq bu paket daxilində ilk xidmətdir və gələcəkdə abunəçilərə maraqlı video məzmun təqdim edəcək başqa bir layihə ilə tanış olacaqlar.

İndi “Bakcell” abunəçiləri yüksək sürətli 4G LTE xidməti ilə “Digitürk” şirkətinin təqdim etdiyi 100-dən çox populyar kanalını istənilən yerdə və istənilən zaman izləmək imkanına malikdirlər.

Xəbər 555 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR