Bakcell-in LTE şəbəkəsi Bakı metrosunda

Bakcell-in LTE şəbəkəsi Bakı metrosunda

"Bakcell" şirkətinin LTE şəbəkəsi yaxın vaxtlarda Bakı Metropolitetində işə düşəcək.
Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə "Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer deyib.

Onun sözlərinə görə, hazırda şirkət LTE-Advanced şəbəkəsinin kommersiya istismarına buraxılması üzrə iş aparır: "Hazırda şəbəkə qismən işə salınıb və yaxın 5 ay ərzində "Bakcell" şəbəkəsinin abonentləri üçün əlçatan olacaq".

R.Şirer qeyd edib ki, yeni nəsil LTE şəbəkəsinin istismara verilməsi üçün tezlik spektrinin istifadəsi məsələsinin nizamlanması əsasdır ki, buna da vaxt tələb olunur.

Xəbər 469 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR